Modern.az

Azərbaycanın qaz satdığı 14 ölkə - SİYAHI

Azərbaycanın qaz satdığı 14 ölkə - SİYAHI

Ölkə

9 Dekabr 2025, 20:32

Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Bu barədə Prezident İlham Əliyev Slovakiyada məlumat verib.

"Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır", - dövlət başçısı qeyd edib.

Modern.az-ın məlumatına görə, bu gün Azərbaycan 14 ölkəyə qaz satır.

Azərbaycanın qaz ixrac etdiyi ölkələr aşağıdakılardır:

- Türkiyə

- Gürcüstan

- İtaliya

- Yunanıstan

- Bolqarıstan

- Rumıniya

- Macarıstan

- Serbiya

- Sloveniya

- Xorvatiya

- Şimali Makedoniya 

- Slovakiya.

- Ukrayna 

- Suriya.

Qeyd edək ki, 2024-cü ildə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr Türkiyəyə, 2,4 milyard kubmetrdən çox isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.

Elnur Əmirov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı