Modern.az

Azərbaycanda yeni data mərkəzi qurulur

Azərbaycanda yeni data mərkəzi qurulur

Ölkə

11 Dekabr 2025, 11:45

Milli Süni İntellekt Mərkəzi data mərkəzinin qurulmasına start verib.

Modern.az xəbər verir ki, bunu Mərkəzin rəsmisi İbrahim Süleymanov Bakıda keçirilən "Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, artıq qrafik prosessor modulları alınıb: "Avadanlıqlar alınıb və hazırda quraşdırılma işləri gedir. Yaxın zamanlarda dövlət qurumları süni intellekt layihələrini bu avadanlıqlar üzərində apara biləcək. Mərkəzimiz bir sıra universitetlərlə bu sahədə əməkdaşlıq etməyə başlayıb və yaxın günlərdə artıq tələbələrlə startap layihələrinin üzərində işlərə başlanacaq'.

İ.Süleymanov qeyd edib ki, strateji hədəflərdən biri yarışma platformasının istifadə verilməsidir: "Burada tələbələr, gənclər ictimaiyyətlə süni intellekt üzrə müəyyən məsələləri paylaşacaq. İştirakçılar süni intellekt üzrə öz həllərini yarışmaya təqdim edəcəklər. Ən yaxşı həll təqdim edən iştirakçılar mükafatlandırılacaq. Platforma daimi olaraq fəaliyyət göstərəcək və mütəmadi olaraq orada yeni yarışlar keçiriləcək".

İ.Süleymanov eyni zamanda süni intellektin əsaslarından biri olan verilənlər bazasının yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb: "Azərbaycan dilində süni intellekt verilənlər bazasının yaradılması strateji hədəflərdən biridir. İnteraktiv tədris platformasının istifadəyə verilməsi planlaşdırılır. Burada həm tələbələrin, həm də şagirdlərin süni intellektin əsaslarını asan bir şəkildə mənimsəyə bilmələri üçün interaktiv tədris platforması fəaliyyət göstərəcək. Orada süni intellektə giriş üçün mövzular haqqında təhsil planları paylaşılacaq".

Səbinə Həsənova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?