Dekabrın 14-də Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) qurultayı keçirilib.
Qurultayda partiyanın sədri Pənah Hüseynin istefası qəbul edilib. Qurultayın qərarı ilə sədr müavini Qiyas Sadıqov AXP-nin yeni sədri seçilib.
Bəs Pənah Hüseyn bundan sonra hansı fəaliyyətlə məşğul olacaq, o yenə də siyasi səhnədə qalmağa davam edəcəkmi?
Modern.az bu məsələyə aydınlıq gətirmək üçün Pənah Hüseynin özü ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında bildirib ki, partiya üzvü kimi qalmaqla ən yüksək səviyyədə siyasi fəaliyyətlə məşğul olmağa davam edəcək.
“Mən bu fikirdəyəm, indi alınacaq-alınmayacaq o başqa. Mən hazırda Azərbaycan Xalq Partiyası İdarə Heyətinin üzvüyəm. Bundan sonra da üzv kimi qalmağa davam edəcəm”.