Modern.az

Aliment Fondu yaratmalıyıq! - Hicran Hüseynova

Aliment Fondu yaratmalıyıq! - Hicran Hüseynova

Ölkə

17 Dekabr 2025, 16:05

Aliment Fondunun yaradılması vacib məsələdir. Bu artıq dünyada qəbul edilən modeldir. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında qurumun  sədri Hicra Hüseynova deyib.

O qeyd edib ki, belə bir fondun yaradılması heç bir halda dövlət büdcəsinə zərər vermir:

“Alimenti vaxtında ödməyən şəxslər daha sonra bu pulun 3-4 qatını dövlətə qaytara bilir. Bu yaxşı təcrübədir və öyrənilməlidir”. 

H.Hüseynova qeyd edib ki, bu bütün ailələrə şamil edilməməlidir. 

“Hansı ailədə ki, həqiqətən aliment ödənilmir, qüsurlu uşaqlar var bu zaman ailənin fonda müraciət etmək kimi seçim olmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır