Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
Ümummilli lider Heydər Əliyev hər zaman insan hüquq və azadlıqlarının müdafiəsini diqqət mərkəzində saxlayıb, ölkədə cinayət törədən, əməlini etiraf edən və bundan peşmanlıq hissi keçirən şəxslərin əfv olunmasına, bağışlanmasına xüsusi önəm verib.
Dahi öndərin siyasi kursunu uğurla həyata keçirən, onun ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də prezidentlik fəaliyyətində hər zaman humanizm prinsiplərinə sadiqlik nümayiş etdirib, yürütdüyü siyasətdə insan amilinə prioritet istiqamət kimi yanaşıb. Ölkə rəhbəri çətin günlərdə vətəndaşların yanında olmaqla, onlara kömək etməklə, problemləri aradan qaldırmaqla bunu sübuta yetirib.

Biz dəfələrlə həm Ulu öndərin, həm cənab Prezidentin aministiya aktını, təşəbbüsünü irəli sürdüyünün və bununla bağlı sərəncam imzaladığının şahidi olmuşuq. Hesab edirəm ki, bu insanlarımıza olan dəstəyin nümunəsi, növbəti bir diqqətidir. Bu addım Azərbaycan hümanizmini həyata keçirir. Hər zaman dövlətimiz vətəndaşlara, onların rifahına, onların hüquqi azadlıqlarının təmin olunmasına yüksək diqqət göstəribdir. Belə bir təşəbbüsün irəli sürülməsi də bir daha onu göstərir ki, ölkə əhalisi hər zaman ölkə rəhbərinin diqqətindədir və məhbusların doğmalarını, yaxınlarını düşünərək belə bir hümaist addımı atılır.
Dövlətimizin başçısı cənab İlham Əliyev Humanizm prinsiplərinə əsaslanan bu aktın şamil edildiyi hər bir şəxs də dövlətin, onun başçısı cənab İlham Əliyevin insanpərvərliyini, insan amilinə mühüm önəm verməsini yüksək qiymətləndirərək, daha da məsuliyyətli olmalıdırlar. Öz əvvəlki həyatlarına qayıdaraq, ölkəmizin inkişafına, cəmiyyətin rifahına mühüm töhfələr verməyi qarşılarına əsas vəzifə kimi qoymalıdırlar.