Modern.az

Azərbaycanda şagirdlərə Göytürk əlifbası öyrədilir - GÖRÜNTÜLƏR

Azərbaycanda şagirdlərə Göytürk əlifbası öyrədilir - GÖRÜNTÜLƏR

Ölkə

21 Dekabr 2025, 23:21

Xaçmaz rayonunda yerləşən Əbilataq kənd orta məktəbində şagirdlərə qədim türk yazısı - Göytürk əlifbası öyrədilir.

Sosial şəbəkələrdə yayılan və Beynəlxalq Türk Dili Günündə diqqət çəkən video qısa müddətdə geniş maraq doğurub, hətta Türkiyədə də paylaşılıb 

Modern.az-ın məlumatına görə, bu təşəbbüs məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Mirzəyevaya məxsusdur.

O, şagirdlərin türk tarixini və dilinin köklərini daha yaxından tanıması üçün dərslərdə Göytürk əlifbasına da yer verir. Hazırda sinifdə təhsil alan altı qız şagird qədim türk yazısında yazmağı bacarır, həmçinin Orxon-Yenisey abidələri və bu yazıların tarixi əhəmiyyəti barədə məlumatlıdır.

Şagirdlər bildirirlər ki, Göytürk əlifbası 38 işarədən ibarətdir və qədim türklər bu yazıdan daş abidələr üzərində istifadə ediblər. Onların sözlərinə görə, Orxon-Yenisey abidələri qədim türklərin tarixini, döyüşlərini və düşüncə tərzini bu günə qədər çatdırır və bu, türk dilinin nə qədər qədim və güclü olduğunu göstərir.

Daha ətraflı İTV-nin süjetində:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır