Azərbaycanda sosial şəbəkələrdə diqqətçəkən kampaniya başladılıb. Belə ki, yüzlərlə sosial media istifadəçiləri şəxsiyyəti hələ müəyyən edilməmiş şəxsin fotosunu paylaşaraq onun ictimai nəqliyyatda - metro və avtobusda yeniyetmələrə qarşı nalayiq hərəkətlər etdiyini, bununla bağlı tədbir görülməsinə çağırış edib.
Modern.az hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov sorğumuza cavabında bildirib ki, sosial mediada paylaşılan şəxslə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.