Modern.az

Şəhid qızı olan hakim qəzada HƏLAK OLDU

Şəhid qızı olan hakim qəzada HƏLAK OLDU

Ölkə

22 Dekabr 2025, 20:59

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Modern.az xəbər verir ki, hadisə Pirşağı yolu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aynur Rzayeva şəhid övladıdır. O bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı. (Mənbə: report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır