Modern.az

İlham Əliyev - Azərbaycan Büstü

Ölkə

23 Dekabr 2025, 15:46

Vaxt ildırım sürətilə keçir. Onu saxlamaq mümkün deyil. Vaxt nə qatardı dayanacaqda saxlayasan, nə çaydı qabağını kəsib yönünü dəyişəsən.

Keçən vaxt ya israf olunur, ya da sərf edilir. Bu, bir insanın ömründə də, bir xalqın tarixində də belədir.

İsraf edilən vaxt külə dönür, sərf edilən vaxt yol göstərir.

Vaxtı sərfiyyata çevirmək hər kəsin işi deyil. Vaxtı əbədiyyətə, xalq üçün yaşanan ömrə çevirmək isə yalnız inananların bacarığıdır. Çünki inanmayan yol aça, millətin taleyini çiyninə götürə bilməz.

Vaxt ildırım sürətilə keçir...

Bu gün müstəqil Azərbaycan dövləti var. Onun Himni, Bayrağı, Gerbi, Sərhədi, Ordusu, milli valyutası, Prezidenti, bütün dövlət atributları var.

Və bu atributların içinə zamanla daha bir anlayış əlavə olunub.

Azərbaycan Büstü...

Siz onu görmüsünüz?

Bu büstü meydanlarda, parklarda axtarmayın. Onu mərmərdən, tuncdan yonulmuş heykəllərlə qarışdırmayın.

Azərbaycan büstü danışan, görən, yeriyən, böyüyən canlı varlıqdır.

Bu büst tarixin yaddaşına həkk olunmuş milli iradənin heykəlidir.

Bu büst sınmayan bel sütunudur, dövlətçilik düşüncəsidir. Məğlubiyyətin içindən qələbə çıxarmağı bacaran xalqın baxışıdır.

Bu büstün Xan çinar toxumu min illər öncə babalarımızın nəfəsi ilə torpağa hopub. Kök atmaq üçün zaman, böyümək üçün səbr, ayaqda qalmaq üçün tarix lazım olub.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları bu toxumu gün işığına çıxardılar. O vaxt imperiyalar dağılırdı, amma xalqlar hələ də əsarətdə idi.

Elə bir vaxtda Müstəqil Azərbaycan dövləti quruldu. Bu yol hamar olmadı, tarix qurbanlarla, sürgünlərlə, güllələrlə yazıldı.

Paris Sülh Konfransına diplomatik pasportlarla gedənlər Vətənə dönə bilmədilər. Onlar xalqın adını dünyaya apardılar, amma özlərini Vətənə qaytara bilmədilər. Zaman amansız oldu, Cümhuriyyət süqut elədi və Büst yarımçıq qaldı. Amma tarix bir həqiqəti də sübut etdi.

Etdi ki, kökü tutmuş heç nə əbədi yarımçıq qalmır. Xan çinarın kökü torpağın ən dərin qatlarına enmişdi.


Azərbaycan büstünün gövdəsini Heydər Əliyev formalaşdırdı. O, yarımçıq qalmış heykələ can verdi, dağılmış dövləti ayağa qaldırdı, xaosu yox etdi.

Heydər Əliyevin uzaqgörənliyi dövlətin onurğasına çevrildi. O, dünyaya əlində xəritə ilə çıxdı. O xəritədə Qarabağ işğal altında idi və bunu gizlətmədi. Bu dərdi gələcək nəsillərə miras qoymadı. Neft müqavilələri ilə Azərbaycanı dünyaya bağladı, iqtisadiyyatı siyasətin dayağı elədi, xalqı toparladı. Ən əsası isə vətəndaş müharibəsinin qarşısını aldı, dövlətçilik ənənəsini bərpa etdi.

Heydər Əliyev bu ideyanın memarı oldu, qaldırılan bayrağın yerə düşməsinə imkan vermədi.

Büst artıq görünürdü. Amma hələ tamamlanmamışdı. Torpaqlarımız işğal, ərazi bütövlüyü sual altındaydı.

İldırım sürətilə keçən zamanı İlham Əliyev xalq üçün sərfiyyata çevirdi. Azərbaycan büstünü yaratdı. Nidasını qoydu, o nidanın adı “Dəmir Yumruq” oldu.

İndi bu büst dünyanın hər yerindən görünür. Kökü çox dərinlərdə, başı çox ucalardadır. Bu büstü nə yerdən ayırmaq, nə də göydən endirmək mümkündür.

Bu büst tarixdən güc alır, xalqın istəyini özündə daşıyır.

Kölgəsini xalqın üstünə salır, onu qoruyur. Düşmənə qılınc və qalxan, dosta günəşdir.

Bu büstə baxanda azad Şuşa, işğaldan qurtulan Xankəndi, öz sahiblərinə qaytarılmış Kəlbəcər..., bir xalqın qüruru görünür.

Bu büstə baxanda İrəvana yol görünür.

Bu büst Azərbaycan büstüdür.

Bu büstdə İlham Əliyev hökmü, gücü, Mehriban Əliyeva nəvazişi, sevgisi görünür.

Bu büst milləti üçün yanan bir ailə, xalq üçün yaşayan bir tale, nəsillərin birliyidir.

Bu büst Azərbaycan büstüdür.

Azərbaycan büstü İlham Əliyev büstüdür.

Tarixdən yoğrulan, iradədən yonulan, xalqdan güc alan, zəfərlə ucalan, ruhla böyüyən BÜST...

Bu gün dünya Azərbaycan büstünə baxır, Xalq fəxr edir, dost sevinir, düşmən yanır.

Və bəlkə də mərhum şairimiz Ənvər Rzanın misraları bu büstün altına yazılacaq ən doğru seçim olardı:

“Yer üzündə Azərbaycan büstüsən,
Ay xan çinar, ay xan çinar, xan çinar!”

Yer üzündəki Xan çinar adlı Azərbaycan büstü İlham Əliyevdir.
Ömrünüz XAN ÇİNAR qədər olsun, Cənab Prezident!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır