Modern.az

Prezidentin ad günü ünvanları: səngər, tikinti meydançası, şəhid evi​​ – XRONİKA+FOTOLAR

Prezidentin ad günü ünvanları: səngər, tikinti meydançası, şəhid evi​​ – XRONİKA+FOTOLAR

Ölkə

24 Dekabr 2025, 12:42

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. O, 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

Prezident İlham Əliyev doğum gününü bu il də Qarabağda rəsmi səfər çərçivəsində keçirir. Beləliklə, bu dövlət başçısı qismində prezident İlham Əliyevin Qarabağda qeyd etdiyi sayca dördüncü doğum günüdür.

Modern.az İlham Əliyevin Prezident seçildiyi gündən bu günə qədər doğum günlərini harada və necə keçirdiyini araşdırıb.

2003-cü il İlham Əliyevin Prezident kimi keçirdiyi ilk il olub. Həmin il Prezidentin 42 yaşı tamam olub. 

2005-ci ilin dekabrın 24-də Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Dövlət Konserninə məxsus olan və Bakı-Aktau (Qazaxıstan) reysini yerinə yetirən AN-140 təyyarəsinin qəzaya uğradığı ərazidə olub.

2007-ci il dekabrın 24-də isə Prezident Bakı-Ələt-Qazax əsas magistral yolunun 85 kilometrlik Hacıqabul-Kürdəmir avtomobil yolunun 75 kilometrlik hissəsinin açılışında iştirak edib. Həmin gün Prezident Əli Bayramlı şəhərində də olub. Əli Bayramlı (indiki Şirvan) Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib.

2008-ci ildə Prezident İlham Əliyevin doğum günündə Bakının Qaradağ rayonu ərazisində tikilmiş “Səngəçal” elektrik stansiyası istifadəyə verilib. Həmin gün açılış mərasimində Prezident də iştirak edib.

24 dekabr 2009-cu ildə Prezident və xanımı Mehriban Əliyeva Xırdalan şəhərində İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binasının açılışı, həmçinin müharibə veteranlarına və əlillərinə minik avtomobillərinin verilməsi mərasimində iştirak ediblər. Həmin gün Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib və Suraxanı rayonundakı keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olublar.

2010-cu ildə Prezident İlham Əliyev doğum gününü Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə birlikdə keçirib. Həmin gün Prezident və xanımı Zabrat və Pirallahı qəsəbələrində, Yeni Yasamal massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binaları ilə tanış olub, onlara açarları təqdim ediblər. Həmçinin İlham Əliyev və Mehriban Əliyeva Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışında iştirak ediblər. Daha sonra isə Prezident İlham Əliyev və xanımı Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesində iştirak ediblər.



24 dekabr 2011-ci ildə Prezident İlham Əliyev 50 illik yubileyi günündə ailəsi ilə birlikdə cəbhə xəttində olub. Ölkə başçısı oradakı çıxışında bildirib ki, ad günlərini xüsusi olaraq qeyd etməyin tərəfdarı deyil. O, Qarabağ bölgəsinə səfəri zamanı məcburi köçkünlərlə də görüşüb. Onların problemlərini dinləyib. Prezident həmçinin məcburi köçkünlərlə görüşdə qeyd edib ki, ad günlərini Şuşada qeyd etməyi arzulayıb.

2012-ci il dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 12 mərtəbəli 96 mənzilli yaşayış binasının açılış mərasimində iştirak ediblər. Dövlət başçısı həmin gün yeni mənzillərlə yanaşı, Naxçıvan avtomobil zavodunun istehsalı olan 211 "Naz Lifan” markalı avtomobili də müharibə əlillərinə təqdim edib.

2013-cü il dekabrın 24-də Prezident İlham Əliyev Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonrakı açılışında iştirak edib. İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzlə tanışlıqdan sonra sağlamlıq imkanları məhdud gənclərlə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işləri və “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərin gedişi ilə tanış olublar.

2015-ci ildə İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilib.

2016-cı il dekabrın 24-ü Prezident və xanımı Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində iştirak edib. Daha sonra isə Prezident və xanımı İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatında və Marionet Teatrının açılışında iştirak ediblər.

2017-ci ildə Prezident doğum günündə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib. Həmçinin ölkə başçısı və birinci xanım “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.

2018-ci il dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Həmin gün Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Həmçinin Prezident və xanımı “Bakı Ağ Şəhər”də 110 kilovoltluq “Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar. Daha sonra İlham Əliyev Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçi qəbul edib.

2019-cu ildə Prezident Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daha sonra Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışında olub. Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində də iştirak edən İlham Əliyev doğum günündə şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə mənzil və avtomobil açarlarını təqdim edib. Daha sonra Prezident, birinci xanım və qızları Leyla Əliyeva Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.

2020-ci ildə Prezident ilk dəfə doğum gününü Qarabağda qeyd edib. Həmin gün İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.

Qubadlıya gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib:

“Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna”. Bu kadrları daha sonra birinci xanım öz sosial media hesabında paylaşıb. 

1487423

2021-ci ildə də İlham Əliyev doğum gününü Qarabağda qeyd edib. Həmin gün Prezident, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. İlham Əliyev daha sonra vitse-prezident və ailə üzvləri ilə birlikdə Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər. 

2022-ci ilin dekabrın 24-də Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

2023-cü ildə İlham Əliyev doğum gününü Ağdamda qeyd edib. Həmin gün Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğal dövründə zərər görən tarixi-memarlıq abidələrindən biri olan və Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı olmuş “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

1487429

Prezident ötən il doğum gününü idmançılarla birlikdə qeyd edib. 2024-cü il dekabrın 24-də idman yekunlarına həsr olunan mərasimdə İlham Əliyev çıxış edib. Azərbaycanın idman uğurlarından danışan Prezident sonda Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin və idman mütəxəssislərinin mükafatlandırılması mərasimində iştirak edib.

Rəsmi tədbir və görüşlərdən kənar vaxtlarda isə Prezident İlham Əliyevin doğum günlərini ailə üzvləri ilə birlikdə, daha çox özəl və sadə mühitdə keçirdiyi də müşahidə olunur. Bu məqamlar zaman-zaman Leyla Əliyevanın, eləcə də Prezidentin digər ailə üzvlərinin sosial şəbəkə paylaşımlarında əksini tapıb.

 

14874341487435

1487441

1487438

1487439

1487440

1487443

1487444

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır