Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum fünü münasibətilə təbrik edib.
Modern.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident,
Müzəffər Ali Baş Komandan!
Sizi doğum gününüz münasibətilə ürəkdən, sonsuz hörmət və sevgi ilə təbrik edirəm. Siz Azərbaycan xalqı üçün sadəcə bir Prezident deyil, Ulu Öndər Heydər Əliyev yolunu böyük şərəf və qətiyyətlə davam etdirən, xalqına dayaq olan əvəzolunmaz lider, qorxmaz sərkərdəsiniz.
Qarabağın azadlığı Sizin möhkəm iradənizin, siyasi qətiyyətinizin və Vətənə sonsuz sevginizin parlaq təcəssümüdür. Bu tarixi Qələbə xalqımıza böyük qürur hissi, gələcəyimizə isə sarsılmaz inam bəxş etmişdir.
Siz xalqın güvəndiyi, millətin fəxr etdiyi böyük şəxsiyyət, bizim üçün ən əziz insansınız.
Uca Allah Sizə uzun ömür, möhkəm can sağlığı, ailənizə firavanlıq, dövlətimizə və xalqımıza isə Sizin rəhbərliyinizlə daim yeni qələbələr nəsib etsin. Tanrı Sizi və ailənizi öz nəzərində saxlasın.
Dərin hörmət və ehtiramla Cavid Qurbanov".