Modern.az

Prezident "Daxili qoşunları haqqında" qanunu TƏSDİQLƏDİ

Prezident "Daxili qoşunları haqqında" qanunu TƏSDİQLƏDİ

Ölkə

25 Dekabr 2025, 18:00

Prezident İlham Əliyev "Daxili qoşunları haqqında" qanunu təsdiqləyib.

Modern.az xəbər verir ki, qanun Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.

Qanunda daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.

Sənəd altı fəsil, otuz maddədən ibarətdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır