Modern.az

Həmyerlimiz ABŞ-ın "qara siyahısı"na düşdü - Seymur Əliyev kimdir?

Həmyerlimiz ABŞ-ın "qara siyahısı"na düşdü - Seymur Əliyev kimdir?

Diaspor

26 Dekabr 2025, 13:28

ABŞ Daxili Təhlükəsizlik Departamenti ABŞ İmmiqrasiya və Gömrük Xidməti tərəfindən saxlanılan cinayətkar əcnəbilərin onlayn məlumat bazasını yeniləyib.

Modern.az xəbər verir ki, Agentlik həmin siyahıdakı şəxsləri "pislər arasında ən pisi" adlandırır. 2025-ci ilin yekunları ilə bağlı bu siyahıya Azərbaycan vətəndaşı da daxil edilib. Belə ki, 44 yaşlı Seymur Əliyev ABŞ-ın Knetukki ştatında saxlanılıb. Hazırda həbsdə olan həmyerlimiz hücum, polis təqibindən qaçma, sürücü vəsiqəsi olmadan maşın idarəetmə, sürət həddini aşma maddələri ilə ittiham olunur.

Qeyd edək ki, siyahıda 18 Rusiya, 27 Ukrayna, 22 Ermənistan və iki belaruslu daxil edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi