Modern.az

XİN rəhbəri Ermənistanla münasibətlərdə əsas məqamlara TOXUNDU

XİN rəhbəri Ermənistanla münasibətlərdə əsas məqamlara TOXUNDU

Ölkə

26 Dekabr 2025, 15:36

Ermənistanla etimad quruculuğu sahəsində ciddi tədbirlər görülüb. 

Modern.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.

“Qazaxıstan və Rusiya taxılının Azərbaycan ərazisindən Ermənistana keçməsi, Ermənistanın Azərbaycandan benzin alması, "beyin mərkəzləri"nin qarşılıqlı səfərləri, eləcə də delimitasiya və demarkasiya üzrə işçi qruplarının görüşləri və noyabrda ilk dəfə Azərbaycanda toplaşmaları etimad quruculuğu baxımdan mühüm tədbirlərdir”.

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi