Bu gün Cənubi Qafqazda artıq yeni mühitin ilkin elementlərini görürük.
Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında deyib.
“İllər öncə Azərbaycan-Ermənistan arasında hər hansısa bir mübadiləni təsəvür belə etmək mümkün deyildi. Bunun səbəbi, əlbəttə ki, işğal faktı idi. Bu gün nail olunan bu böyük nəticə on illər ərzində Prezident ilham Əliyevin yürütdüyü siyasət və suverenliyimizin bərpası ilə əldə olunub. Əminəm ki, proses 2026-cı ildə davam etdiriləcək”- deyə nazir qeyd edib.