Neft məhsullarının Emrənistana satışı ilə bağlı biz tərəfdən təklif veriləndə Gürcüstan yolu ilə dəmir yolu ilə daşınma təklif olundu. Gürcüstan tərəfində təklif oluanna tarif isə yüksək idi.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair jurnalistlərin sorğusuna cavab olaraq bildirib.
Nazir qeyd edib ki, bu isə mövcud praktikaya uyğun olmadığı üçün Azərbaycanda suallar yaratdı. Lakin qısa müddət ərzində Gürcüstan rəhbərliyi bu məsələdən xəbərdar olan kimi vəziyyət qısa müddətdə tamamilə dəyişdi. Artıq tariflər məsələsi həll olunub və şirkətlər də razılaşıblar.
Ceyhun Bayramov bu məsələnin həll olunduğu üçün qısa zamanda həmin marşutdan istifadə olunacağını vurğulayıb.