AZAL təyyarəsi ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işinə xitam verilməsi çox ciddi suallar doğurur.
Modern.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.
"Rusiya İstintaq Komitəsi tərəfindən imzlanan məktub əldə edilmişdir. Burada sual doğuran məqamlar var. Məqamlardan biri Komitə sədri Aleksandr Bastrıkinin cinayət işinə xitam verilməsini vurğulamasıdır. Bu təəccüb doğurur. Digər detallara getmək istəməzdim. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır. Güman edirəm ki, bu məsələyə də aydınlıq gətiriləcək”, - nazir deyib.