2026-cı ildə Ermənistanla müsbət dinamikanın davamını görəcəyik.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O deyib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri davam edəcəyi ilə bağlı ümumi razılıq var. Yüksək səviyyəli görüşlər baxımından da ilk dəfə Delimitasiya Komissiyasının 12-ci iclası Qəbələdə keçirildi. Bu ilk 11 görüşdən fərqli olaraq sərhəddə baş tutmadı. Görüşlər Ermənistanda da ola bilər. Növbəti il bu proseslərin davamını görəcəyik”.
Xatırladaq ki, Azərbaycan tərəfindən Delimitasiya Komissiyasının sədri, Baş nazirin müavini Şahin Mustafayevdir.