Modern.az

"Cavab verməyi düşünmürük, qərəz açıq görünür" - Nazir

"Cavab verməyi düşünmürük, qərəz açıq görünür" - Nazir

Ölkə

26 Dekabr 2025, 17:22

Avropa Parlamentinin bəyanatını ciddi hesab edib cavab verməyi düşünmürük. Çünki burada qərəz aydın sezilir.

Modern.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.

“ Avropa Parlamentinin Azərbaycanı hədəfləyən qətnamələri ilə son illər rastlaşırıq. Azərbaycan-Avropa münasibətləri dedikdə müəyyən təsisatlar var. Kimsə çalışır ki, Avropa ilə pozitiv gündəlik olsun. Lakin Avropa İttifaqı təsisatları bu məsələlərdə neqativ gündəliyə malikdir. Milli Məclisin son bəyanata cavabı çox dolğun olub. 2025-ci ildə Avropanın bəzi təsisatlarından xoşniyyətli addımları olub. Avropa İttifaqı təsisatları kampaniya nəticəsində öz məramlarına, adımlarına korrektə etməyəcəksə, müsbət nəsə olmayacaq. Açıq əməkdaşlığa niyyət olacaqsa, müsbət cavab veriləcək. Lider mövqeyimizi nəzərə alaraq, Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz baxımdan Azərbaycanla münasibətlər Aİ-nin öz marağındadır. Avropa parlamentinin kampaniya xarakterli davranışlarını ədalətsiz hesab edir, real əsası olmayan yanaşma kimi qiymətləndirik. Bəyanatdakı məsələlərə ciddi yanaşıb, cavab verməyi düşünmürük, qərəz açıq görünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi