Modern.az

Nazir Modern.az-ın sualını cavabladı: “Qara siyahı”da 2000-dən çox şəxs var

Nazir Modern.az-ın sualını cavabladı: “Qara siyahı”da 2000-dən çox şəxs var

Ölkə

26 Dekabr 2025, 17:58

Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edən şəxslər “qara siyahı”ya salınıb. Bu, hər bir dövlətin legitim hüququdur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair  mətbuat konfransında Modern.az saytının əməkdaşı Turqay Musayevin sualını cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, işğal dövründə tətbiq olunan bu praktika işğala son qoyulduqdan sonra da davam etdirilib. Lakin sonradan müraciət edən, səhvlərini səmimi şəkildə etiraf edən və üzr istəyən şəxslər “qara siyahı”dan çıxarılıb. Son illər ərzində də bu cür müraciətlər daxil olub.

Ceyhun Bayramov qeyd edib ki, müraciət etməyən şəxslər hələ də “qara siyahı”dadır. Hazırda bu siyahıda 2000-dən çox insan var.

Nazir əlavə edib ki, siyahıda olan bəzi şəxslər Azərbaycana qarşı qeyri-dost münasibət sərgiləyir və heç bir halda ölkəyə səfər etməyi düşünmürlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi