Modern.az

İlham Əliyev Ermənistana səfər edəcək? - NAZİRDƏN CAVAB

İlham Əliyev Ermənistana səfər edəcək? - NAZİRDƏN CAVAB

Ölkə

26 Dekabr 2025, 18:53

"Cənab Prezidentin Avropa Siyasi Birliyinin konfransında iştirak edəcəyi ilə bağlı məlumatım yoxdur".

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Avropa Siyasi Birliyinin formatı kifayət qədər yeni formatdır. Orada iştirak üçün dəvət dövlət başçılarına yönəlir. Konfransın İrəvanda keçirilməsi gözlənilir. Məndə olan məlumata əsasən, cənab Prezidentin belə bir səfəri nəzərdə tutulmayıb. Lakin, bu baxımdan daha dəqiq məlumatı Prezident Administrasiyası verə bilər”.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti toplantısının İrəvanda keçirilməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı