Modern.az

“Bunun adı qrip deyil!” - Tanınmış həkim həyəcan təbili çaldı

“Bunun adı qrip deyil!” - Tanınmış həkim həyəcan təbili çaldı

Ölkə

29 Dekabr 2025, 12:14

“21 günlük qrip?.. Qrip üç həftə davam edə bilməz... Kəskin faza uzağı bir həftəyə keçməlidir... üç həftə insan qızdırırsa, bunun adı qrip olmayacaq...”

Modern.az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev hazırda Azərbaycanda müşahidə olunan xəstəlik barədə bildirib.

“Camaatı panikaya salmayaq, amma qripdi, boş verin demək də düzgün deyil...”, - həkim əlavə edib.

V.Qarayevin sözlərinə görə, uşaqlarda pnevmoniya sıxlaşıb.

“İndiki viruslar uşaqlarda 3-5 günə pnevmoniya verir”,- deyə o xəbərdarlıq edib.

Pediatrın sözlərinə görə, vaxtında həkimə müraciət edilsə, pnevmoniyadan "qaçmaq" mümkündür....

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi