Modern.az

Prezidentin vəzifədən azad etdiyi Elxan İbrahimov kimdir? - DOSYE

Prezidentin vəzifədən azad etdiyi Elxan İbrahimov kimdir? - DOSYE

Ölkə

29 Dekabr 2025, 17:58

Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Maraqlıdır ki, o bu posta 12 noyabr 2025-ci il tarixində gətirilmişdi. Beləliklə, Elxan İbrahimovun Nəsimi rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyəti cəmi 47 gün sürüb.

Modern.az Nəsimi rayonunun sabiq rəhbərin tərcümeyi-halını təqdim edir:

Elxan Oqtay oğlu İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport ” otelində, “Baker Tilly” audit şirkətində, “Embawood”  şirkətlər  qrupunda  və  digər  holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyətinin Aparatında başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Bu postdan 12 noyabr 2025-ci ildə azad edilərək Nəsimi İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Yeni Azərbaycan Partiyasının üzvüdür. İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var. 

Qeyd edək ki, Elxan İbrahimov sovet dövründə Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi