Modern.az

Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək

Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək

Ölkə

29 Dekabr 2025, 19:12

Milli Qəhrəman Şahin Tağıyev İsveçin Malmö şəhərində dünyasını dəyişib.

Mərhumun oğlu saytımıza açıqlamasında atasının nəşinin Bakıya gətiriləcəyini deyib. O, Milli Qəhrəmanın harada dəfn olunacağının hələlik məlum olmadığını qeyd edib.

Modern.az-a danışan Milli Qəhrəman Vahid Quliyev Şahin Tağıyevin Şəhidlər xiyabanında dəfn olunmasını təklif edib:

“Şahin Tağıyevlə indiyə kimi heç əlaqəm olmayıb. Lakin Milli Qəhrəman Şahin Tağıyevin Şəhidlər xiyabanında dəfn olunması müsbət hal olardı. Nəinki onun, bütün Milli Qəhrəmanların vəfatından sonra Şəhidlər xiyabanında dəfn olunması müsbət hal olardı”.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı