Modern.az

Rəsmi Bakıdan Monteneqronun viza qərarına REAKSİYA

Rəsmi Bakıdan Monteneqronun viza qərarına REAKSİYA

Ölkə

30 Dekabr 2025, 00:12

Monteneqro hakimiyyəti Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq edib.

Qərar qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə qəbul olunub. 

Modern.az məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Qurumdan verilən cavabda deyilir ki, uzun müddət idi ki, Monteneqro birtərəfli qaydada həmin ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edirdi.

 "Hal-hazırda, Monteneqro hökumətinin qərarına əsasən 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına münasibətdə viza rejimi tətbiq olunacaqdır.

 Viza rejimi barədə bu qərar Monteneqro Hökumətinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklər çərçivəsində qəbul edilmişdir.

 Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb. 

Məsələ ilə bağlı, müvafiq qaydada əlavə məlumat veriləcəkdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi