Modern.az

Pirotexnika satan 26 nəfər saxlanıldı

Pirotexnika satan 26 nəfər saxlanıldı

Ölkə

2 Yanvar 2026, 14:28

Pirotexniki vasitələr satan daha 26 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Son iki gün ərzində paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 26 nəfər müəyyən olunaraq saxlanılıb.

Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ