Azərbaycanda dövlət borcu ilə bağlı son açıqlanan rəqəmlər maraqlı mənzərə ortaya qoyur. Rəsmi məlumatlara əsasən, ölkənin ümumi dövlət borcu 25 milyard 272,7 milyon manat təşkil edir. Bunun 17 milyard 77,5 milyon manatı daxili borcun, 8 milyard 195,2 milyon manatı isə xarici borcun payına düşür.
Eyni zamanda, son statistik göstəricilərə görə, hazırda Azərbaycanda 10 milyon 253 min 647 nəfər əhali yaşayır. Bu iki əsas göstəricini bir araya gətirdikdə, adambaşına düşən dövlət borcu aydın şəkildə ortaya çıxır.
Modern.az xəbər verir ki, ümumi dövlət borcu əhali sayına bölündükdə, bir nəfərə təxminən 2 min 465 manat dövlət borcu düşür. Başqa sözlə desək, yeni doğulmuş körpədən tutmuş yaşlı nəslə qədər hər bir Azərbaycan vətəndaşı hazırda şərti olaraq bu qədər borc yükünü bölüşür.