Azərbaycanda bütün kriptovalyuta əməliyyatları tam izləniləcək və qeydə alınacaq.
Modern.az-ın xəbərinə görə, bu addım vergidən yayınma hallarını önləmək və çirkli pulların yuyulmasının qarşısını almaq məqsədilə atılacaq.
Məlumata görə, ölkəmiz 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yaratdığı CARF standartlarına uyğun olaraq, kriptovalyuta əməliyyatları barədə məlumatları toplamağa və həmin strandartları qəbul etmiş üzv ölkələrlə məlumat mübadiləsinə başlayır.
Azərbaycanın üzv olduğu standart mərkəzləşdirilmiş birjalara (CEX), bəzi mərkəzləşdirilməmiş platformalara (DEX), kripto bankomatlara və brokerlərə tətbiq olunacaq. Hesab olunur ki, kripto bazarı üçün toplanan məlumatlar gələcəkdə yalnız vergi hesabatı üçün deyil, həm də kripto aktiv sahiblərini müəyyən etmək üçün istifadə edilə bilər.
Hazırda 75 ölkə CARF-ı tətbiq etməyi öhdəsinə götürüb və ABŞ-də həmin standartları 2028-ci ildə qəbul etməyi və 2029-cu ildə məlumat mübadiləsinə başlamağı planlaşdırır.