Modern.az

Ermənistanla Azərbaycanın delimitasiya komissiyaları işləyir - Paşinyan

Ermənistanla Azərbaycanın delimitasiya komissiyaları işləyir - Paşinyan

Ölkə

14 Yanvar 2026, 12:44

“Dünənki bəyanat Ermənistan və Azərbaycan arasında bərqərar olmuş sülhün təsisatlaşdırılması istiqamətində çox vacib və əhəmiyyətli bir addımdır”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, 14 yanvarda Təhlükəsizlik Forumundakı çıxışında xarici işlər naziri A.Mirzoyanla ABŞ dövlət katibi M.Rubionun Vaşinqtondakı birgə bəyanatını şərh edərkən bildirib.

"Sərhəd demarkasiyası komissiyaları işləyir. Biz əvvəlcə təsəvvür etdiyimizdən daha sürətlə irəliləyirik, çünki Vaşinqton Bəyannaməsində Ermənistan Respublikası üçün regional kanalların açılmasına, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qarşılıqlı faydalı əlaqənin təmin edilməsinə öhdəlik götürdüyümüz zaman Ermənistanın xarici dünya ilə dəmir yolu əlaqələri əldə edəcəyini güman edirdik və düşünürəm ki, bu, Ermənistanın və beynəlxalq ictimaiyyətin gözlədiyindən daha tez baş verdi.

Bu gün Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət Ermənistanın və beynəlxalq ictimaiyyətin, bəlkə də hətta Azərbaycanın gözlədiyindən daha tez reallığa çevrilib", - Paşinyan bildirib.

Paşinyan “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) tikiləcəyinin rəsmiləşdməsi haqda deyib:
“Artıq regionumuza böyük investisiyaların və böyük pulların axacağı aydındır və bu, çox yaxşı xəbərdir”.

"İndi növbəti mərhələnin Ermənistan-Türkiyə münasibətlərinin inkişafı olduğunu düşünmək məntiqlidir və ümid edirik ki, siyasi dialoq səviyyəsində məntiqi şəkildə həll edilmiş proseslər yerində öz əksini tapacaq. Biz özümüzü inanılmaz dərəcədə müsbət və ağlasığmaz bir mühitdə tapmışıq ki, bu da əlbəttə ki, bütün məsələlərin həll olunduğu anlamına gəlmir, lakin bütün məsələlərin həlli üçün bütün düsturlar əsasən artıq müəyyən edilib", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır