Modern.az

DYP-dən bölgələrə səfər edən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən bölgələrə səfər edən sürücülərə XƏBƏRDARLIQ

Ölkə

18 Yanvar 2026, 13:43

Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.

 

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə müraciət edib.

 

Bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.

 

Bu səbəbdən sürücülərdən xahiş edirik:

 

  • Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;
  • Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;
  • Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;
  • Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;
  • Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

 

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır