Modern.az

Bakıda yeni yollar inşa ediləcək

Bakıda yeni yollar inşa ediləcək

Ölkə

18 Yanvar 2026, 18:36

"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər" Dövlət Proqramına əsasən paytaxtda 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.

 

Modern.az AZTV-yə istinadən xəbər verir ki, bu layihələrdən biri Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçələrini əlaqələndirən yeni yoldur.

 

Artıq ərazidə hazırlıq işlərinə başlanılıb. Yeni yol ərazidəki dəmiryol xəttinin aşağı hissəsindən tunel vasitəsilə keçəcək və Ağ şəhərdən Babək prospekti istiqamətinə alternativ yol olacaq. Bu yolun açılması hər iki istiqamətdə gediş-gəlişi asanlaşdıracaq və vaxt itkisini minimuma endirəcək.

 

Daha bir mühüm layihə akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyasını əlaqələndirən yolun inşasıdır. Artıq yolboyu tunellərdə və piyada keçidlərində tikinti-quraşdırma işləri aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır