Modern.az

Köçkünlük statusu ləğv edilənlər - ADLAR

Köçkünlük statusu ləğv edilənlər - ADLAR

Ölkə

19 Yanvar 2026, 14:13

Bu il Qarabağ və Şərqi Zəngəzura köç edən və 3 il müddətinə burada məskunlaşan şəxslərin məcburi köçkünlük statusu və aylıq sosial müavinəti ləğv ediləcək. 

Modern.az xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanuna əsasən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəşt və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qüvvədə qalır. Qanuna uyğun olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirləri onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şərait yarandığı tarixdən etibarən 3 il müddətində tətbiq olunur.

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşların məcburi köçkün statusu və onlara verilən aylıq sosial ödənişlər həmin 3 illik müddət başa çatdıqdan sonra, qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən köçkünlük statusu ləğv edilən şəxslərin sayı ilə bağlı sorğumuza bu barədə sistemli məlumatın olmadığı cavabı verilib.


Qeyd edək ki, 3 ildən çoxdur ki, azad olunmuş ərazilərdə yaşayan və köçkünlük statusu ləğv ediləcək şəxslər sırasına Füzuli şəhəri, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndinə qayıdananlar daxildir. 

Xatırladaq ki, "Böyük Qayıdış" layihəsi çərçivəsində ilk köç Zəngilan rayonunun Ağalı kəndinə həyata keçirilmişdi. 2022-cü il iyulun 19-da bu kəndə 41 ailə köçürülüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada