Modern.az

İcra başçısının müavini "Tiktok" videosuna görə işdən ayrılır

İcra başçısının müavini "Tiktok" videosuna görə işdən ayrılır

Ölkə

19 Yanvar 2026, 14:32

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

Modern.az xəbər verir ki, eyni zamanda icra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib.

Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.

Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən sorğumuza belə cavab verildi: “Sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir ki, bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”. (Mənbə: Qafqazinfo)

Həmin videonu təqdim edirik:

 


 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır