Modern.az

Azərbaycanın eks-rəhbərinin əşyası 18 min manata satılır - FOTOLAR

Azərbaycanın eks-rəhbərinin əşyası 18 min manata satılır - FOTOLAR

Ölkə

19 Yanvar 2026, 16:42

Azərbaycanın keçmiş rəhbəri Mircəfər Bağırovun iş otağına aid nadir mebel satışa çıxarılıb.

Modern.az xəbər verir ki, Mircəfər Bağırovun iş otağında istifadə olunduğu bildirilən mebel satışa çıxarılıb. Bildirilir ki, sözügedən mebel 1951-ci il istehsalıdır və ondan yalnız bir ədəd hazırlanıb.

Saytımızın əməkdaşları mebeli satışa qoyan şəxslərlə əlaqə saxlayıb. Onların sözlərinə görə, Mircəfər Bağırovun bu mebelin yanında dayandığını əks etdirən fotoşəkil də mövcuddur. Mebelin çəkisinin 100 kiloqramdan artıq olduğu qeyd edilir.

Əşyanın satış qiyməti 18 min manat olaraq müəyyənləşdirilib. Satışı həyata keçirən şəxslər əvvəlcə mebeli Rusiya bazarına çıxarmağı düşünsələr də, sonda onu Azərbaycan kolleksiyenerləri üçün təqdim etməyə qərar veriblər.

Məlumata görə, bu mebel Bakıda təsadüfən aşkarlanıb. Onun tarixçəsi barədə məlumatlar isə digər kolleksiyenerlər tərəfindən təqdim olunub. Qeyd olunur ki, sözügedən mebel təxminən 10 il əvvəl də satışa çıxarılıb.

Xatırladaq ki, Mircəfər Bağırov 1933–1953-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1953-cü ilin aprel–avqust aylarında Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. O, müxtəlif illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Dövlət Siyasi İdarəsinin və Azərbaycan Fövqəladə Komissiyasının rəhbəri vəzifələrində də çalışıb.

1493447
1493448
1493449
1493450

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır