Modern.az

Rəsmilər Şəhidlər xiyabanında - FOTOLAR

Rəsmilər Şəhidlər xiyabanında - FOTOLAR

Ölkə

20 Yanvar 2026, 10:00

Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Modern.az verir ki, xəbər verir ki, dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.

Eyni zamanda ziyarət mərasimində Milli Məclisin rəhbərliyi və deputatlar da iştirak edib. Şəhidlər xiyabanına gələnlər arasında Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov, vitse-spikerlər Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov yer alıblar.
Həmçinin parlamentin komitə sədrləri, deputatlar və Milli Məclis Aparatının əməkdaşları da xiyabanı ziyarət edərək 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Ziyarətçilər arasına xarici işlər naziri Ceyhun Bayramov, təhiyyə naziri Teymur Musayev və digər rəsmilər iştirak edirlər:

 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır