Modern.az

Konstitusiya Məhkəməsindən pensiya stajı ilə bağlı QƏRAR 

Konstitusiya Məhkəməsindən pensiya stajı ilə bağlı QƏRAR 

Ölkə

30 Yanvar 2026, 11:06

Gələcəkdə xüsusi dövlət qulluğunda xidmət illəri ümumi dövlət qulluğu pensiya stajına daxil edilə bilər.

Modern.az-ın məlumatına görə, bununla bağlı tövsiyə Konstitusiya Məhkəməsinin müvafiq qərarında öz əksini tapıb.

Sənəddə pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilib.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır