Modern.az

Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır"

Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır"

Ölkə

4 Fevral 2026, 18:18

“Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir".

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

“Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik”, - deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. “Sülh hər bir kəsə lazımdır”, - deyə o əlavə edib. (Mənbə:AZƏRTAC)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!