Modern.az

Bakıda insultla bağlı beynəlxalq konfrans - FOTOLAR 

Bakıda insultla bağlı beynəlxalq konfrans - FOTOLAR 

Ölkə

5 Fevral 2026, 13:24

Bakıda beyin insultu üzrə müasir tibbi xidmətlərin yaradılması və bu sahədə həyatqurtarıcı yüksəktexnoloji müdaxilələrin inkişafına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir. 

Modern.az xəbər verir ki, beyin insultu üzrə beynəlxalq konfrans 5-6 fevral tarixlərini əhatə edəcək.

Beynəlxalq konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsult Xidməti Pilot Layihəsinin rəhbəri, nevroloq Dr. Pərvin Allahyarovanın ev sahibliyi və əsas təşkilatçılığı ilə Bakı şəhərində keçirilir. Tədbir Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti ilə elmi əməkdaşlıq çərçivəsində təşkil olunur.

Dr. Pərvin Allahyarova bildirib ki, konfransın əsas məqsədi Azərbaycanda insult üzrə müasir tibbi xidmət modelinin inkişafına töhfə vermək, kəskin insult zamanı effektiv diaqnostika və müalicə yanaşmalarını müzakirə etmək, habelə bu sahədə çalışan həkimlərin bilik və praktiki bacarıqlarını artırmaqdır.

Beynəlxalq tədbirdə Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən aparıcı klinikaların rəhbərləri və insult və neyroradiologiya üzrə tanınmış mütəxəssislər iştirak edirlər. Qonaqlar arasında Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin Tibb fakültəsinin üzvü, “GFO Kliniken Troisdorf”un klinika rəhbəri professor Nuran Abdullayev, Münxen Klinikasında direktor vəzifəsində çalışan professor Anastasios Mpotsaris, Aşaffenburq şəhərində klinika rəhbəri olan Volker Maus, eləcə də Almaniyada fəaliyyət göstərən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məsləhətçisi, insult üzrə beynəlxalq ekspert, Essen Universitetinin professoru Zaza Katsarava yer alırlar.

Konfransda ölkənin aparıcı tibb müəssisələrinin rəhbərləri, yerli və beynəlxalq ekspertlər çıxış edəcəklər. Tədbir çərçivəsində insult mərkəzlərinin təşkili, kəskin işemik insult zamanı mexaniki trombektomiya, pasiyent seçimi, süni intellektin diaqnostik proseslərdə rolu və multidisiplinar yanaşmalar müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!