Modern.az

Daha 28 nəqliyyat vasitəsi satışa çıxarılacaq

Daha 28 nəqliyyat vasitəsi satışa çıxarılacaq

Ölkə

6 Fevral 2026, 16:30

Aprelin 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Modern.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 71 min 650 manat olan 28 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır