Azərbaycan Yazıçılar Birliyindən üzvlük üçün ödəniş edilməsi qaydası haqda açıqlama verilib.
Yazıçılar Birliyinin Mətbuat katibi Xəyal Rza Modern.az-a açıqlamasında bildirib ki, təşkilata üzlük haqqının ödənilməsi üçün hər bir üzv Yazıçılar Birliyinə - mühasibatlıq şöbəsinə getməlidir:
"Yazıçılar Birliyinin Bakıda bəzi yerlərində bölmələri var. Lakin üzvlük haqqının ödənilməsi yalnız əsas binada aparılır. Ödəniş üçün heç bir onlayn üsul mövcud deyil".
Təşkilatdan bildirilib ki, yalnız uzaq rayonlarda yaşayan yazıçılara güzəşt edilir. Onlar pul köçürməsi edə bilirlər:
"Onlayn ödəniş sisteminin tətbiqi nəzərdə tutulmayıb".
Birlikdən bildirildi ki, üzvlük haqqı ödəməyənlərin kənarlaşdırılması prosesi davam edəcək:
"Növbəti mərhələnin nə zaman olacağı katibliyin qərarından asılıdır. 2027-ci ildə Yazıçılar Birliyinin qurultayı olacaq. Ona qədər, hər halda, ödəniş etməyənlər kənarlaşdırılacaq. Çünki biz qurultay öncəsi siyahını müəyyən etməli və dəqiq sayı bilməliyik".