ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri zamanı onu ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq müşayiət edəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı rəsmi açıqlamada bildirilir.
Qeyd olunur ki, Vens və Helberqin Ermənistan və Azərbaycana planlaşdırılan səfəri ABŞ Prezidenti Donald Trampın regionda sülhün təşviqi istiqamətində səylərinə dəstək vermək, eləcə də TRIPP layihəsinin irəlilədilməsinə töhfə vermək məqsədi daşıyır.
Səfər 9-11 fevral tarixlərində baş tutacaq.
Açıqlamada vurğulanır ki, səfər çərçivəsində regional sabitlik, iqtisadi əməkdaşlıq və sülh təşəbbüsləri ilə bağlı məsələlər müzakirə olunacaq. ABŞ tərəfi bu prosesin Cənubi Qafqazda uzunmüddətli sülh və qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətli olduğunu bildirir.