Modern.az

 Saleh Məmmədov 30 ildən artıq “Azəravtoyol”da çalışıb - DOSYE

 Saleh Məmmədov 30 ildən artıq “Azəravtoyol”da çalışıb - DOSYE

Ölkə

6 Fevral 2026, 20:34

Prezident İlham Əliyevin sərəncamı ilə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Modern.az onun dosyesini təqdim edir:

Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub.

Ali təhsillidir. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” və 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültələrini bitirib.

S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980 - 15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb.

1980-1982-ci illərdə Sovet Ordu sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirib.

1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis mavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4-saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2003-2015-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, daha sonra “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi,  19.02.2015-ci il tarixindən 28.12.2015-ci il tarixinədək Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, “Azəryolservis” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə SalehMəmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-ci il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.        

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri təyin edilib.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır