Modern.az

Azərbaycanda 5 idarə LƏĞV EDİLDİ

Azərbaycanda 5 idarə LƏĞV EDİLDİ

Ölkə

7 Fevral 2026, 12:13

Azərbaycanda beş idarə ləğv olunduğunu elan edib.

Modern.az xəbər verir ki, bunlar Neftçala Melioservis, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama, Ucar Melioservis, Yevlax Melioservis və Bərdə Melioservis idarələridir.

Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin son rəisi Nizami Nəsirov olub. Qurumun hazırda dövlətə 93 min 285.84 manat borcu var.

Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və axırıncı rəisi Ramis İsmayılovdur.

Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, ləğv edilənədək rəisi Cəsarət Zülüyev olub.

Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, ləğv olunanadək ona Nüsrət Məmmədov rəhbərlik edib. Müəssisənin hazırda dövlətə 8 min 532.45 manat borcu mövcuddur. /İqtisadiyyat.az/

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?