Modern.az

Nazir sabiq səfirə yüksək vəzifə verdi

Nazir sabiq səfirə yüksək vəzifə verdi

7 Fevral 2026, 19:04

Azərbaycan Xarici İşlər Nazirliyində yüksək vəzifəyə yeni təyinat olub. 

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmməd Talıbov XİN-in Avropa İdarəsinin rəisi təyin edilib. 

O, artıq vəzifəsinin icrasına başlayıb.

İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi daşıyan Məmməd Afiq oğlu Talıbov 2019-cu ildə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

O, 2025-ci il oktyabrın 27-də geri çağırılıb. (Yenisabah)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran generallarını tələyə saldılar - Şoka salan KÜTLƏVİ ÖLÜM