Modern.az

Bakı-Sumqayıt yolunda hərəkət DAYANDIRILDI

Bakı-Sumqayıt yolunda hərəkət DAYANDIRILDI

Ölkə

8 Fevral 2026, 11:02

Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

 

“Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər”, - deyə qurumun məlumatında bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?