Modern.az

Azərbaycan vətəndaşı Ukrayna müharibəsində itkin düşüb - FOTO

Azərbaycan vətəndaşı Ukrayna müharibəsində itkin düşüb - FOTO

Ölkə

9 Fevral 2026, 10:58

52 yaşlı Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində itkin düşüb. 

Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya Ordusunda xidmət keçən 1974-cü il 1 may təvəllüdlü Ağakişiyev Bayram Allahverdi oğlu sonuncu dəfə 17 yanvar 2026-cı ildə ailəsi ilə əlaqə saxlayıb. Yanvarın 19-dan isə o rəsmən itkin düşmüş kimi qeydiyyata alınıb.

Bayram Ağakişiyevin  423-cü qvardiya motoatıcı alayında (91701 saylı hərbi hissə) xidmət etdiyi və Ukraynanın Donetsk vilayəti istiqamətində döyüşlərə qatıldığı qeyd olunur. 

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsində bu ölkələrin vətəndaşı olan Azərbaycan əsilli şəxslərlə yanaşı, onlarla Azərbaycan vətəndaşı da həlak olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi