Modern.az

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Ölkə

9 Fevral 2026, 11:32

Naxçıvan Muxtar Respublikasında yeni Baş nazir təyin olunub.

Azərbaycan Prezidentinin təqdimatı, Naxçıvan MR Ali Məclisinin qərarı ilə Cabbar Musayev yeni Baş nazir vəzifəsinə təyinat alıb.

Modern.az saytı yeni Baş nazirin tərcümeyi-halını təqdim edir:

Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. 

Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.
2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Naxçıvan MR Ali Məclisinin 9 fevral 2026-cı il tarixli qərarı ilə Baş nazir təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Evlidir, iki övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi