Modern.az

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlandı

Ölkə

9 Fevral 2026, 11:58

Türkiyə Cübhuriyyətinin əhalisi 2025-ci ildə 427 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatında bildirilib.

2024-cü ildə ölkə əhalisnin sayı 85 milyon 664 min 944 nəfər olub.

2025-də əhali sayı 427 min 224 nəfər artaraq 86 milyon 92 min 168 nəfərə yüksəlib.

Əhali sayında kişilər 50,02 faiz (43 milyon 59 min 434 nəfər), qadınlar isə 49,98 faiz (43 milyon 32 min 734 nəfər) qeydə alınıb.

Əhalinin illik artım tempi 2024-cü ildə hər min nəfərə düşən 3,4-dən 2025-ci ildə hər min nəfərə düşən 5-ə yüksəlib.

Şəhər və rayon mərkəzlərində yaşayanların faizi 2024-cü ildəki 93,4%-dən 2025-ci ildə 93,6%-ə yüksəlib.

Qəsəbə və kəndlərdə yaşayanların faizi 6,6%-dən 6,4%-ə düşüb.

Türkiyədə yaşayan xarici əhalinin sayı əvvəlki illə müqayisədə 38.968 nəfər artaraq 1.519.515 nəfərə çatıb. Bu əhalinin 49,3%-i kişilər, 50,7%-i isə qadınlar olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi