Modern.az

Vensin Azərbaycana səfərinə hazırlıq görülür

Vensin Azərbaycana səfərinə hazırlıq görülür

Ölkə

9 Fevral 2026, 15:32

Vitse-prezidenti Cey Di Vensin səfərindən öncə Azərbaycana ABŞ-nin 9 hərbi-nəqliyyat təyyarəsi eniş edib.

Modern.az xəbər verir ki, 4-8 fevral tarixlərində gerçəkləşən reyslərin ümumi sayı 21 olub. Onlardan 12-si İrəvana eniş edib. 

Bütün uçuşlar 77,5 tona qədər yük daşıma qabiliyyətinə malik ağır hərbi nəqliyyat təyyarəsi olan Boeing C-17A Globemaster III təyyarələri tərəfindən həyata keçirilib.

Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşmış hərbi nəqliyyat təyyarəsi olan Lockheed Martin MC-130J Commando II də İrəvan və Bakıya uçub. Sonuncu təyyarə həmçinin Gürcüstana iki uçuş həyata keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi