Modern.az

Tahir Budaqov komitə sədrliyindən azad edildi - icra başçısı göndərildi - SƏRƏNCAM

Tahir Budaqov komitə sədrliyindən azad edildi - icra başçısı göndərildi - SƏRƏNCAM

Ölkə

9 Fevral 2026, 16:52

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tahir Budaqov 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Prezident Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Prezidentin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.

1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının, 2021-ci il martın 5-dən isə YAP İdarə Heyətinin üzvüdür.

5 mart 2021-ci il tarixində YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi